“Barselona” klubu Münhen “Bavariya"sının təcrübəli hücumçusu Robert Levandovskiyə ildə təxminən 30 milyon avro ödəməyə hazırdır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi polşalı futbolçunun transferini reallaşdırmağa yaxındır. “Barselona” Levandovskinin transferi üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Robert Levandovski cari mövsümdə Münhen klubunun heyətində 40 matçda 46 qol vurub.