"Barselona" "Lion"un müdafiəçisi Ceyson Denayeri transfer etmək niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.Belə ki, Kataloniya klubu Liqa 1 təmsilçisi ilə yayda müqaviləsi başa çatacaq 26 yaşlı müdafiəçini pulsuz heyətinə qatmağ düşünür. Adıçəkilən oyunçunun da ayrılmaq istədiyinin olduğu vurğulanıb.

Həmçinin, belçikalı futbolçu ilə "Mançester Yunayted", "Yuventus" və "Napoli"də ciddi şəkildə maraqlanır.

Qeyd edək ki, Denayer karyerası ərzində 2015/2016 və 2017/2018 mövsümündə "Qalatasaray"da çıxış edib.