"Barselona" klubu "Mançester Siti”nin hücumçusu Ferran Torresin transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro dəyərində göstərilib. 

Qeyd edək ki, bu keçidin La Liqa klubuna 55+10 milyon avroya başa gəldiyi bildirilir.