Argentina millisinin və "Barselona"nın hücumçusu Serxio Aquero Dubaya yollanıb.
Offsideplus.az xəbər verir ki, ürəyində problem yaranan 33 yaşlı forvard sevgilisi Sofiya ilə birgə adçəkilən şəhərə istirahətə yollanıb.
Bu barədə məlumat və fotoları Sofiya şəxsi "instagram" hesabının "hekayə" bölməsində paylaşıb.
Xatırladaq ki, Aqueronun ürəyinin döyünmə ritmlərində ciddi nasazlıq aşkarlanıb və o, futbolçu karyerasını bitirməyə yaxındır.