Luka Modriç "Real"la sözləşməsini yeniləyəcək.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı xorvatiyalı  ulduz daha bir il Madrid klubunun şərəfini qoruyacaq.

  Adı çəkilən oyunçunun "kral klubu" ilə müqaviləsi bu mövsüm başa çatır.
 Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da forma geyinir.