"Barselona” klubunun zədəli futbolçusu Ansu Fatinin son durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı hücumçunun durumu ciddi deyil. Onun bərpa müddətinin 7-10 gün çəkəcəyi bildirilir.

Qeyd edək ki, ispaniyalı futbolçu La Liqanın 10-cu turunun “Real”la matçında sıradan çıxıb.