Madrid "Real"ı sıralarını iki ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az "Mirror" qəzetinə istinadən xəbər verir ki, "kral klubu" çoxdandır həsrətində olduğu Kilian Mbappeyə qovuşmaq üzrədir. La Liqa nəhəngi PSJ ilə yeni müqavilə imzalamaqdan imtina edən fransalı hücumçuyla gələn il sözləşmə imzalayacağına əmindir.

O cümlədən, daha bir fransalı, "Mançester Yunayted"in 28 yaşlı yarımmüdafiəçisi Pol Poqba da "Real"ın əsas hədəfidir. Onunla da 2022-ci ildə müqavilə imzalanacağı gözlənilir.