İspaniya "Barselona"sının futbolçusu Ansu Fati uzunmüddətli zədədən sonra sıraya qayıdıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 19 yaşlı hücumçunun dönüşünü açıqlayıb.
Gənc forvard meydana çıxmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Ansu Fati 2020-ci ilin noyabrında "Betis"lə la Liqa matçında dizindən ciddi zədə alıb. Əvvəlcə onun 4 aydan sonra sağalacağı gözlənilsə də, o, həm mövsümün qalan hissəsini, həm də Avropa çempionatını buraxmalı olub. Fati 2019-cu ildən "Barselona"nın əsas heyətində çıxış edir.
?️ @ANSUFATI: “???? ???? ??? ????, ????? ??? ??́? ????? ??? ????? ?? ?????? ? ?????????."
— FC Barcelona (@FCBarcelona_es) September 25, 2021