La Liqanın prezidenti Xavyer Tebas Lionel Messinin "Barselona"dan getməsindən danışıb.
Offsideplus.az sport.es saytına istinadən xəbər verir ki, Tebas Messinin "Barselona"dan maliyyə səbəblərindən ayrılmadığını açıqlayıb.
"Düşünürəm ki, "Barselona"nın hesabatından sonra başa düşəcəyik, Messi qala bilərdi ya yox. Amma bilirəm ki, səbəb tək maliyyə deyil. Mən bunu Xuan Laporta və klubun idarə heyəti ilə müzakirə etmişəm. Əgər tək səbəb maliyyə olsaydı, biz çıxış yolu tapa bilərdik".
Qeyd edək ki, Lionel Messi avqustun 10-da PSJ ilə müqavilə imzalayıb.