"Barselona" klubunun gənc futbolçusu Ansu Fati komandanın növbəti 5 oyununu buraxacaq.
Offsideplus.az xəbər verir ki, zədəsini yeni sağaldan hücumçu hələ yaşıl meydanlara qayıtmağa hazır deyil. 18 yaşlı forvardın oktyabr ayındakı ikinci beynəlxalq fasilədən sonra oyunlara çıxacağı bildirilib.
Beləliklə, o, La Liqada "Kadis", "Qranada", "Levante", "Atletiko" və Çempionlar Liqasınıda "Bavariya" ilə oyunlarda meydanda olmayacaq.