İspaniyanın "Barselona" klubunda 10 nömrəli formanın yeni sahibi Ansu Fati olub.

Offsideplus.az xəbər verir ki,  Kataloniya təmsilçisinin rəsmi tvitter hesabında 18 yaşlı ispaniyalı oyunçunun daha əvvəl Lionel Messiyə məxsus olan 10 nömrəli formanı geyinəcəyini yazıb.

Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, 2020/2021 mövsümündə 10 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard 2020-ci ilin noyabrında dizindəki zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Hələ də rəsmi matçlarda iştirak etməyib.