Serxio Ramosu "Real"da əvəzləyəcək müdafiəçilər arasında türkiyəli namizəd var.
Offsideplus.az xəbər verir ki, "Lester"in futbolçusu Çağlar Söyüncü "Real"da 35 yaşlı müdafiəçinin yerinə keçə bilər. Bu barədə jurnalist Xulio Maldonado "Marca"ya danışıb.
Çağları möhtəşəm müdafiəçi adlandıran Maldonado, "Lester"in 25 yaşlı oyunçu üçün balaca klub olduğunu açıqlayıb:
"Əgər "Real"da Xesus Valyexo, Naço, Eder Militao, David Alaba varsa və hesab edək ki, Rafael Varan da komandada qalır, o zaman klubun ciddi şəkildə daha bir müdafiəçiyə ehtiyacı var.
Türkiyəli Çağlar Söyüncünü çox bəyənirəm, tanınmış oyunçudur. O fantastik mərkəz müdafiəçisidir, hər şeyə sahibdir: Tempi var, topla yaxşı oynayır, mövqeyi əladır. Düşünürəm ki, "Lester" onun üçün balaca klubdur".