"Real" baş məşqçisi Zinədin Zidanla vidalaşıb. 

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisi əvəzləyəcək 4 əsas namizəd var: Massimiliano Alleqri, Antonio Konte, Raul Qonzales və Yoahim Löv. 

Onlardan Alleqrinin son anda "Yuventus"la şifahi razılıq əldə etdiyi bildirilir. "Raul" hazırda "Real"ın ikinci komandası "Kastilya"ya rəhbərlik edir. Antoni Konte maliyyə problemlərinə görə "İnter"dən ayrılıb, Yoahim Löv isə AVRO-2020-dən sonra Almaniya millisi ilə vidalaşacaq.