"Real"ın futbolçusu Kərim Benzema Zinədin Zidanın gələcəyi barədə danışıb.

Ofsideplus.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu 48 yaşlı mütəxəssisin "Kral klubu"nda qalacağına inanır:

“Zidan "Real"ın məşqçisidir. Ayrılacağına inanmıram. Getməyəcək, görəcəksiniz. Əgər gedirsə, deməli gedir. İnfi isə "Real"ı onsuz təsəvvür edə bilmirəm. Məşqçi həmişə mənə qarşı dürüst olub. Yaxın və səmimiyik.  İşlər yaxşı gedəndə mənə deyir. Bir şey yolunda deyilsə, o zaman da bu barədə danışır. Buna görə ona bu qədər hörmət edirəm".

Qeyd edək ki, Zinədin Zidanın "Real"dan ayrılacağı gözlənilir. Klub rəhbərliyi isə baş məşqçinin getməsini istəmir.