Yayda “Mançester Siti”dən ayrılacağını açıqlayan Serxio Aquero “Barselona” ilə razılıq əldə edib.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, artıq tərəflər bütün detallarda ortaq məxrəcə gəliblər.
32 yaşlı forvardın Kataloniya klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”də çıxış edən argentinalının klubu ilə müqaviləsi iyunun 30-na qədərdir.