"Real"ın baş məşqçisi Zinədin Zidan "Kadiz" ilə sabah baş tutacaq oyundan öncə mətbuat konfransı keçirib.
Offsideplus.az İspaniya mətbutına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis jurnalistlərin Avropa Super Liqası barədə verdiyi sualları cavablandırmaqdan qaçınıb.
"Bu suallar klubun prezidenti (Florentino Peres) üçündür. Sabahkı oyun haqqında danışmaq üçün burdayam. Super Liqaya görə Çempionlar Liqasında sanksiya ilə üzləşəcəyimiz barədə danışmamışıq. Heç bir şey, sıfır. Bu haqda danışmırıq".
Qeyd edək ki, "Kadiz" - "Real" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.