Bu mövsümün sonu "Barselona"dan ayrılacağını açıqlayan Andres İnyesta Çinin "Çuntsin Lifan klubundan rəsmi təklif alıb.
Offsideplus.az xəbər verir ki, "Çuntsin Lifan 33 yaşlı yarımmüdafiəçiyə ümumilikdə 81 milyon avro qazanacağı 3 illik müqavilə təklif edib. Bu məbləğ isə onun Kataloniya təmsilçisində qazandığından 3 dəfədən də çoxdur. İnyesta "Barsa"da ilinə 8 milyon avro qazanır.
Bildirilir ki, klub İnyestaya məxsus zavoddan 36 milyon avro dəyərində şərab almağı da öhdəsinə götürüb.