“Real”ın kapitanı Serxio Ramos “Barselona”nın futbolçusu Andres İnyesta barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Ramos yığma komandadakı yoldaşının layiqli qiymətini almadığını bildirib. O, İnyestanın “qızıl top”u qazanmağa layiq futbolçu olduğunu deyib:

“İnyestanı Andersinyo çağırsaydılar, o, “qızıl top”u ən azı iki dəfə qazanardı. Biz ispan futbolçuları az sevirik, amma başqalarına həddindən artıq dəyər veririk.

Buna görə hamımız günahkarıq. İspan mətbuatı bizim etdiklərimizə o qədər də yüksək dəyər vermir”.