"Barselona"nın kapitanı Lionel Messinin karyerasını "Mançester Siti"də davam etdirməyə qərar verdiyi bildirilir.
Offsideplus.az xəbər verir ki, ulduz hücumçunun 2021-ci ilin yayınadək Kataloniya klubunda qalma ehtimalı 90 faizdir.
İspaniya mətbuatı bu günün Messinin klubdakı taleyi üçün həlledici olacağını, İngiltərə nəşrləri isə Messinin 100 milyon funt sterlinq qarşılığına "Mançester Siti"yə keçəcəyini yazıb.
Messinin agenti olan atası Xorxe Messi ilə klubun prezidenti Xosep Bartomeu arasında ötən axşam baş tutan görüşdə tərəflər razılığa nail olmayıblar. "Barselona" Messiyə 2 illik müqavilə təklif edib. Klub oyunçunu satmamaqda, Xorxe Messi və futbolçu isə klubdan ayrılmaqda qərarlıdırlar.
Qeyd edək ki, 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edən 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə edib.