"Barselona" rəhbərliyinin görüşü başa çatıb.

 Offsideplus.az "Cadena Ser"a istinadən xəbər verir ki, klubun prezidenti Xosep Bartomeu istefa verməyəcək.

2021-ci ilin 15 martında kluba yeni prezident seçkiləri keçirilməsinə qərar verib.

Qeyd edək ki, "Barselona" son mövsüm İspaniya La Liqasını ikinci pillədə tamamlayıb. Komanda Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı rüsvayçı məğlubiyyətlə turnirlə vidalaşıb. Bu oyundan sonra komandanın baş məşqçisi Kike Setyenlə yollar ayrılıb. Futbolçular və azarkeşlər isə rəhbərliyin dəyişməsini istəyirlər.