İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Enrike Ramos de Oliveyra Melo İtaliya "Yuventus"una transfer olub.

Offsideplus.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçidən ötrü turinlilər 72 milyon avro ödəyib. Daha 10 milyon avro isə müxtəlif bonuslara sərf olunacaq.

23 yaşlı oyunçu 2019/2020 mövsümünü "Barsa"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki,  2018-ci ilin yayında "Qremio"dan "Barselona"ya keçən Artur Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub.