Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, müdafiəçi ilə "Barselona" yaxından maraqlanır.
"Goal" nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi gənc futbolçunu Jerar Pikenin əvəzləyicisi olaraq düşünür. "Barselona" Çağlar üçün "Lester"lə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisi türkiyəli üçün Kataloniya klubundan 50 milyon avro tələb edib.