"Barselona"nın adı digər klublarla hallanan 4 oyunçu  klubunda qalacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bunlar müdafiəçi Samuel Umtiti, yarımmüdafiəçilər Artur Melo, İvan Rakitiç və hücumçu Antuan Qrizmanndır.

Kataloniya təmsilçisi yeni transferlər zamanı bəzi oyunçularını dəyişiklikdə istifadə etməyi planlaşdırsa da, adıçəkilənlər bununla razılaşmayıblar. 

Qeyd edək ki, Umtiti və Qrizmann PSJ-nin, Artur "Yuventus"un, Rakitiç isə "İnter"in maraq dairəsindədir.