Bilbao “Atletik”inin təcrübəli hücumçusu Aris Adurisin cari mövsümün sonunda karyerası ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu, karyerasını daha gec bitirəcək.

Buna səbəb, çempionatların koronavirus pandemiyası səbəbindən dayandırılmasıdır. Adurisin “Atletik”lə “Real Sosyedad” arasında keçiriləcək İspaniya kubokunun final oyunundan sonra karyerasını bitirəcəyi bildirilir.

Qeyd edək ki, Aduris 2012-ci ildən “Atletik”in şərəfini qoruyur.