"Barselona"nın yarımmüdafiəçisi Artur Melo mövsümün sonunda komandanı tərk etməyə bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı yarımmüdafiəçinin transferi üçün təkliflər alsa da, onu satmamağı düşünür.
Mart ayında "İnter"in "Barselona"dan hücumçu Lautaro Martinezlə bağlı transfer danışıqlarına braziliyalının daxil olmasını istəməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, katalonlar Arturu 2018-ci ilin yayında "Qremio" klubuna 31 milyon avro ödəyərək transfer ediblər. Braziliyalı oyunçu cari mövsüm La Liqada iştirak etdiyi 16 iyunda üç qol vurub və eyni sayda məhsuldar ötürmə edib.