"Valensiya"nın üzvü Ferran Torres karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə "Mançester Yunayted" maraqlanır.
"Yarasalar"la 2021-ci ilədək müqaaviləsi olan futbolçu üçün "qırmızı şeytanlar" 100 milyon avro ödəmək niyyətindədir.
Qeyd edək ki, Ferran Torreslə "Yuventus", "Liverpul", "Borussiya Dortmund" klubları da yaxından maraqlanır.