"Barselona"nın yarımmüdafiəçisi Artur Melo komandanın kapitanı Lionel Messi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, braziliyalı açıqlamasında argentinalı ulduz barədə xoş ifadələr işlədib:

"Messi komandaya gəldiyimdən bəri mənə kömək edir. Müsahibələrdə mənim haqqımda dediyi xoş sözlərə görə çox sevindim. Mən Messiyə meydanda heyranam, amma daha çox meydanda kənardakı davranışlarına, xarakterinə görə. Messi öz imtiyazlarından istifadə etmir".