"Mançester Yunayted" klubunun fransalı yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi bu yay alınmaya bilər. 

Offsideplus.az xəbər verir ki, buna səbəb mankunyanların fransalı yarımmüdafiəçi üçün tələb etdiyi təzminat məbləğidir. "Qırmızı şeytanlar" 26 yaşlı oyunçuya 200 milyon avro qiymət qoyub ki, bu da "kral klubu" üçün kifayət qədər yüksək məbləğ hesab olunur.

İddialara görə, "Mançester Yunayted" rəhbərliyi bununla Poqbanı komandada saxlamaq istədiklərini bildirib. Hətta komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsümdən kapitanlıq sarğısını Poqbaya həvalə edəcəyi gözlənilir.