"Qəbələ" klubu bu gün UEFA Avropa Konfrans Liqasında mübarizəyə başlayacaq.

 Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" turnirin 2-ci təsnifat mərhələsində səfərdə Macarıstan "Fehervar"ı ilə üz-üzə gələcək. Fürsətdən istifadə edib, əyalət təmsilçisinin yeni transferi Felipe Santosun fikirlərini aldıq.

25 yaşlı braziliyalı hücumçu saytımıza açıqlamasında Azərbaycanı layiqincə təmsil etmək istədiklərini söylədi: "Çox vacib bir oyun olacaq. Bəlkə də bu qarşılaşma mövsümün ən mühüm matçı olacaq. Hamılıqla bu görüşə köklənmişik və inamlıyıq. “Qəbələ” adına müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu komandanı və Azərbaycanı layiqincə təmsil etmək istəyirik".

Bu gün "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra Qəbələdə olacaq.

Daşqın Əziz