"Omoniya"(Kipr) klubunun baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyudan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, görüşlə bağlı bunları deyib:

- Yaxşı oyun oldu. “Qarabağ”ın gücünü bilirdik. Lider olmaq istəyirdilər. Müdafiədə etibarlı oynadıq. Yaxşı qol imkanlarımız oldu. Komandamın göstərdiyi oyun ruhundan çox razı qaldım. İkinci qolumuz gözəl idi. Hər dəfə belə qollar vurulmur.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü oyunun hakim idarəçiliyinə şərh verə bilərsiz?

- Hakimlər haqda danışmaq istəmirəm. Hakimləri qiymətləndirmək mənim işim deyil.

- “Qarabağ”, yoxsa “Bazel” qrup lideri olmağa layiqdir?

- Şadam ki, hər iki komandayla səfər oyununda xal qazanmışam. “Qarabağ”la ilk oyunda açıq futbol göstərmişdik. “Bazel”lə oyunun son dəqiqəsində penaltimiz verilsəydi, qələbə qazanacaqdıq. Ümumiyyətlə, hər iki komandanı bərabər gücdə sayıram.

- Bu oyuna əsas heyətdə 10 dəyişikliklə çıxmağınız nə dərəcə düzgün idi?

- Bəzən belə gedişlərə əl atmalı oluruq. Bugünkü heyətdən çox razı qaldım.

- Nəticə ədalətlidirmi?

- “Qarabağ” ikinci hissənin böyük qismini üstün oynadı. Düşünmürəm, qələbə qazana bilərdik (gülür). Komandam çox güclü rəqibə qarşı oynadı. Buradan heç-heçə ilə ayrılırıq. Özümüzü şanslı sayıram.