"Omoniya"nın yarımmüdafiəçisi Xordi Qomes "Qarabağ"la bu gün keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin qarşılaşması öncəsi açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu Ağdam klubu ilə görüşün komandası üçün vacib olduğunu vurğulayıb.
"Çox yaxşı iki mövsüm keçirdik. Hazırda bizdən gözləntilər çoxdur və buna hazır olmalıyıq. "Qarabağ"la oyunda yaxşı oynamaq üçün bütün imkanlarımız var. Belə oyunlar komandamız üçün çox faydalıdır. Azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmaq istəyirik. Azərbaycan təmsilçisi ilə qarşılaşma çox vacibdir, lakin kritik deyil, çünki bu, yalnız qrupun ikinci matçıdır".