"Sabah"ın Konfrans Liqasının III Təsnifat mərhələsindəki rəqibi bəllidir. 

Offsideplus.az xəbər verir ki, "Makkabi"ni məğlub edib, mərhələ adlayan Masazır təmsilçisi növbəti raundda "Sent Patriks"lə qarşılaşacaq. Dublin komandası "Vadus"a ümumi 5:3 hesabla qalib gəlib.

Şimali İrlandiya komandasına qarşı oyunlar 8 və 15 avqust tarixlərində baş tutacaq. İlk oyun səfərdə, cavab oyunu isə Masazırda keçiriləcək. 

Qeyd edək ki, "Sabah" "Makkabi"ni penaltilər seriyasında məğlub edib: 3:2 (əsas və əlavə vaxt 3:6, ümumi: 6:6).