Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi "Sumqayıt" Macarıstan klubu "Fehervar"la qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* "Sumqayıt" hesabı açanda Samir Abasov çox sevinmədi. Baş məşqçi yan xətt hakiminə yaxınlaşaraq nəsə söylədi.
* Səbuhi Abdullazadə "Sumqayıt"ın avrokuboklarda ilk qolunun müəllifi oldu.
* Matçın 32-ci dəqiqəsində Murad Xaçayev ikinci sarı vərəqəni alaraq oyunu tərk etdi. Stadionda olan azarkeşlər elə bildilər ki, hakim azərbaycanlı futbolçuya birbaşa "qırmızı" göstərib.
* Kristensen Tobias hesabı bərabərləşdirən zaman "Sumqayıt" azarkeşlərinin qarşısında sevindi. Bu yerli azarkeşlərin qəzəbinə səbəb oldu.
* 40-ci dəqiqədə Nihad Əhmədzadə meydanda çıxmaq üçün Samir Abasovun yanına gəlsə də, sonradan baş məşqçi fikrini dəyişdi. Lakin yarımmüdafiəçi fasilədən sonra meydana daxil oldu.
* Matçın 44-cü dəqiqəsində sumqayıtlılar "Ölməz general Polad Həşimov" şüarını səsləndirdilər.
* İlk hissə bitən kimi "Sumqayıt"ın Təhlükəsizlik xidmətinin rəhbəri Elnur İbişov 4-cü hakim Kreşnik Cyapiyə qırmızı vərəqə ilə bağlı etiraz etdi.
* Oyun bitən kimi sumqayıtlı azarkeşlər "UEFA-MAFİA" şüarını səsləndirdilər