Bu gün Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycan klubu "Zirə" Slovakiya təmsilçisi "DAC 1904"ü qəbul edib.  

Offsideplus.az xəbər verir ki, qarşılaşma “qartallar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Offside”a düşən məqamları diqqətinizə çatdırırıq:

* Qarşılaşmada rəqibi 30-35 slovak dəstəkləyirdi.

* Arenada 3 minə qədər azarkeş olsa da, baş məşqçilərin, xususilə Xisko Munyosun səsi aydın eşidilirdi.

*Matçın gedişində fan-klub üzvü olmayan tərəfdarlar "Rəşad Sadıqov" şüarları səsləndirirdilər.

* Tribunada "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovun böyük şəkli asılmışdı.

* Pyer Zebli əvəzləndikdən sonra Rəşad Sadıqova sərt etirazını bildirdi.

* Bu, "Zirə"nin avrokuboklarda ən böyük hesablı qələbəsi idi.