Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" - "DAC 1904" (4:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov mətbaut konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı düşüncələrini bölüşdü:
"İlk oyundan sonra danışmaq çətindir. Qarşıda bizi vacib səfər oyunu gözləyir. Mərhələ keçmək istəyiriksə, bu oyundan sonra ona köklənməliyik. İlk hissə bitdi. Adətən fasilələr 15 dəqiqə olur, bu dəfə isə 1 həftə olacaq. Rəqib amasız mübarizə aparacaq. Bu tip komandalar təhlükəli olur, sona qədər mübarizə aparırlar. Yaxşı azarkeş qrupları var. Oyunun taleyi səfərdə həll olunacaq. Hər hansı nəticə bizim üçün üstünlük yarada bilər, amma çətin olacaq. 60-cı dəqiqdən sonra rəqibin oyununu gördünüz. Bu, məni narahat edir".