"Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.

Offsideplus.az xəbər verir ki, hazırda "Lex"də çıxış edən gürcüstanlı yarımmüdafiəçi içkili halda şəxsi avtomobili ilə 2 maşını vurub.

 29 yaşlı oyunçunun sürücülük vəsiqəsi əlindən alınıb, həmçinin ona cinayət işi açılıb.

Qeyd edək ki, Nika kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib.