AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsində Niderlandın “Alkmar” komandasına qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq. Qeyd edək ki, sentyabrın 29-da, saat 17:00-da, Qəbələ şəhər stadonunda təşkil olunacaq qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.