8 yaşlı futbolçu Kauan Basil "Nike" şirkətinin ən gənc üzvü olub.
Offsideplus.az xəbər verir ki, braziliyalı məşhur brendlə 2 illik müqavilə imzalayıb. Bununla da o, 11 yaşında "Nike"la anlaşan "Real"ın futbolçusu Rodriqonun rekordunu qırıb.
Basil, həmçinin Lionel Messi (15 yaş) və digər braziliyalı ulduz Neymarı (13 yaş) geridə qoyub.
Qeyd edək ki, Kauan Basil hazırda Braziliyanın "Santos" klubunun U9 komandasında çıxış edir.