"France Football" nəşri bu il "Qızıl top" mükafatının təqdim olunmayacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, nəşrin yaydığı açıqlamada koronavirus pandemiyası səbəbindən yaranan problemə görə "Qızıl top" mükafatının bu il heç kimə verilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, "Qızıl Top" mükafatı 1956-cı ildən bəri hər il təşkil olunub. Ötən il "Barselona"nın kapitanı Lionel Messi 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb. "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo isə sözügedən mükafata 5 dəfə sahib çıxıb.