Bu gün "İctimai TV"də yayımlanacaq "Sabaha saxlamayaq" verilişində Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə məğlubiyyətləri, bununla yanaşı futbolumuzun hazırkı durumu müzakirə ediləcək.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, verilişdə AFFA-nın baş katibi Sərxan Hacıyev, qurumun vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov və Texniki direktor Cahangir Həsənzadə və idman mediasının bir neçə mənsubu iştirak edəcək. 

Xatırladaq ki, sözügedən verilişin martın 28-də efirə gedən buraxılışında millimizin keçirdiyi son görüşlərlə bağlı müzakirələr aparılsa da, AFFA-dan heç bir rəsmi şəxs iştirak etməmişdi. Səbəb isə həmin ərəfədə sözügedən qurumun məsul şəxslərinin yığma komanda ilə birgə olması və Bakıda olmaması göstərilmişdi. 

Qeyd edək ki, "Sabaha saxlamayaq" verilişi bu gün saat 18:15-də efirə gedəcək.

Fəqan İbrahimli