“Zəngəzur”un U-11 komandası Türkiyənin Kocaeli şəhərində keçirilən “Kartepe Cup” turnirində qalib olub.

Offsideplus.az  xəbər verir ki, 16 komandanın iştirakı ilə baş tutan yarışda, qrup mərhələsini birinci pillədə başa vuran Azər Cabbarovun rəhbərlik etdiyi kollektiv finala vəsiqə qazanıb. Həlledici görüşdə komanda “Manavqat”la qarşılaşmalı olsa da, hava şəraitinin pis olması ilə əlaqədar görüş keçirilməyib.

 Təşkilatçılar bu səbəbdən finala yüksələn hər iki komandanın qalib olması ilə bağlı qərar verib.