UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqası barədə bəzi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, o, UEFA-nın bu gün keçirilən Konqrensində İngiltərə klublarına səhvlərini düzəltməyi məsləhət görüb:

"Bəzi ingilis klublarının sahiblərinə müraciət etmək istərdim. Centlmenlər, siz çox böyük bir səhv etdiniz. Bəziləri bunun acgözlük olduğunu, bəziləri isə futbol mədəniyyətinə qarşı hörmətsizlik, təkəbbürlük olduğunu söyləyəcək... Ancaq bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan fikrinizi dəyişdirmək üçün hələ vaxt var. Hər kəs səhv edir. İngilis azarkeşlər sizin düzəlişinizə layiqdirlər".

Çeferin UEFA-nın "Qalatasaray" imi klublara ehtiyacı olduğunu açıqlayıb:

"UEFA-nın "Atalanta", "Seltik", "Reyncers", "Qalatasaray" kimi klublara ehtiyacı var. Bu klublar bizə lazımdır, insanlar bilməlidir ki, hər şey mümkün ola bilər, hər kəsin qalib gəlməyə haqqı var".