“Qarabağ" "Slaviya"nın futbolçusu ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Məlumata görə, "Köhlən atlar" 19 yaşlı bolqarıstanlı cinah oyunçusu Kristian Balovu heyətinə cəlb etmək istəyir. 

Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Onun “Transfermarkt" hazırkı bazar dəyəri 500 000 avrodur.

Qeyd edək ki,  Balov Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasında yeddi oyun keçirib. 2025/2026 mövsümündə futbolçu EFBE Liqasının iki oyununda üç qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.