Birinci Divizionda bu gün keçirilməli olan "Turan Tovuz" - "Sabah-2" qarşılaşması təxirə salınıb. Bu barədə qərarı çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan PFL qəbul edib.
Offsideplus.az məsələ ilə bağlı qurumun saytında yer alan xəbəri təqdim edir: "Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub. Aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub. Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub".
Stadionun son görüntüsünü təqdim edirik.