Mateuş Qamrot və Rafael Fiziev arasında keçiriləcək döyüşün vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, son məlumata görə, Mateuş Qamrot fevralın 1-də Səudiyyə Ərəbistanında baş tutacaq Rafael Fizievlə revanş görüşünə şifahi razılıq verib.

Onların ilk döyüşü 2023-cü ilin sentyabrında Fiziyevin dizindən aldığı zədə səbəbindən ikinci raundda dayandırılmışdı.