Gənclər və idman naziri Fərid Qayıbov aprel ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, tədbirin əvvəlində nazirliyin Kollegiya qərarı ilə əməkdar məşqçi fəxri adına, idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəssislərə və idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Onların arasında parataekvondoçumuz Sabir Zeynalov da olub. O, idman ustası dərəcəsi ilə təltif olunub. Qran-prinin qalibinə, dünya və Avropa çempionatının bürünc mükafatçısına vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.