Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti döyüşünün vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı titullu idmançı iyunun 11-də Macarıstan təmsilçisi Jolt Habda ilə üz-üzə gələcək. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində keçiriləcək.

Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.