Bu gün Azərbaycan Cüdo Federasiyasında kişilərdən və qadınlardan ibarət seçməmizin üzvləri ilə görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iyun və iyul aylarında cüdoçularımızın iki nüfuzlu yarışda – dünya çempionatı və Olimpiya Oyunlarında - mübarizə aparacaqlarını diqqətə çatdırıb.
Həmçinin milli üzvlərinin bu mötəbər yarışlara hazırlıq məqsədi ilə beynəlxalq və yerli təlim-məşq toplanışlarında iştirak edəcəyini bildirib. Görüş zamanı milli komandamızın yeni məşq və idman geyim dəstləri cüdoçularımıza nümayiş etdirilib. Daha sonra məşqçi, idmançı və texniki heyətə yeni geyim formaları təqdim olunub.
Federasiya rəhbərliyi cüdoçularımıza qarşıdan gələn yarışlarda daha böyük uğurlar qazanmağı arzulayıblar.