Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretskanın (+75 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün lisenziyası ləğv olunub.
Offsideplus.az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.
Məsələ ilə bağlı Azərbaycan Karate Federasiyasını Mətbuat Xidmətinin rəhbəri Sənan Məhərrəmov Offsideplus.az-a açıqlama verib. Qurum rəsmisi Rafael Ağayev və İrina Zaretkasının lisenziyasının ləğv olunmasının dəqiq olmadığını bildirib:
"Bizə qaranlıq olan məqamlar var, Avropa və Dünya Karate federasiyasının rəsmiləri ilə əlaqə yaradıb, həm ümumi karatedəki yeniliklər, əsasən də Azərbaycanla bağlı məqamları dəqiləşdirəcəyik".