Avstriyada Karate1 Premyer Liqa turnirinə start verilib.
Offsideplus.az xəbər verir ki, Zaltsburq şəhərində keçirilən turnirdə mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.
Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.
75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev isə ilk görüşündə qalib gəlsə də, sonrakı iki qarşılaşmada 1 heç-heçə və 1 məğlubiyyətlə final şansını əldən verib. Ağayevin uduzduğu türkiyəli yarımfinalda məğlub olduğundan, Azərbaycan karateçisi təsəlliverici görüşlərə qatılmayacaq. Bu isə o deməkdir ki, Ağayev bu turnirdə Tokio Olimpiadasına lisenziya qazanmaq şansını itirib.